Vens: "ABŞ Ukraynada prezident seçkisinin keçirilməsində israrlıdır"

ABŞ Ukraynada prezident seçkisinin keçirilməsi üçün səylərini davam etdirəcək.

Lim10.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "The National Pulse" xəbər portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, müharibə zamanı seçkinin keçirilə bilməyəcəyi fikri gülüş doğurur.

"ABŞ Prezidenti Donald Tramp isə bunun baş verməli olduğunu düşündüyünü açıq şəkildə bildirib. Bilirsiniz ki, bu, Amerika siyasətidir, kifayət qədər sadə və aydındır", - Vens bildirib.

Qeyd edək ki, Ukrayna konstitusiyasına görə, müharibə şəraitində ölkədə Prezident və Ali Radaya seçkinin keçirilməsi qadağandır.