"Lada" avtomobillərinin təhlükəsizlik yastıqlarında ciddi defekt aşkarlandı

Rusiya Milli Avtomobil İttifaqı "AvtoVAZ" şirkətindən "Takata" təhlükəsizlik yastığından imtina etməyi tələb edib.
Lim10.az xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.
Belə ki, Rusiya Milli Avtomobil İttifaqı dünyada 35 avtomobil markasının ümumilikdə 67 milyon avtomobili "Takata" tərəfindən istehsal edilən və potensial təhlükə törədən yastıqlara görə geri çağırıldığını açıqlayıb.
Öz növbəsində, "AvtoVAZ" avtomobil şirkəti "Takata" tərəfindən istehsal edilən təhlükəsizlik yastıqlarının etibarsız olduğunu təsdiq edib.
"AvtoVAZ"ın Mətbuat Xidmətindən bildirilib ki, şirkət artıq aşağıkeyfiyyətli təhlükəsizlik yastıqları ilə bağlı problemi həll edib.
"Artıq "Kalina", "Priora" və "Granta" modellərinə quraşdırılmış "Takata" məhsulları ilə bağlı vəziyyət həllini tapıb, həmin kampaniya çərçivəsində 1 716 avtomobil geri çağırılıb", - deyə məlumatda qeyd olunub.