Amerikalı qadın satıcının səhvi sayəsində iki milyon dollar qazandı

ABŞ-də Kelli Lindsi adlı qadın satıcının səhvi sayəsində iki milyon dollar qazanıb.

Lim10.az UPI-yə istinadla xəbər verir ki, Virciniya ştatının sakini K.Lindsi satıcının səhvi sayəsində iki milyon dollar məbləğində lotereya mükafatının qalibi olub.

Kişi satıcı kassadan amerikalı qadına səhvən başqa bir bilet verəndə o, əvvəlcə narazı qalıb. Lakin K.Lindsi qoruyucu təbəqəni siləndən sonra baş mükafatı qazandığını biləndə narazılığı sevinclə əvəzlənib.

Uduş məbləği iki milyon dollar təşkil etsə də, vergiləri çıxdıqdan sonra qadına 1.25 milyon dollar çatacaq.

K.Lindsi bu məbləği həyatını yaxşılaşdırmaq və çoxdankı arzularını gerçəkləşdirmək üçün istifadə etməyi planlaşdırdığını söyləyib. O, bundan əlavə, pulun bir hissəsini bank hesabına köçürəcək.