Azərbaycanda AİLƏ FACİƏSİ: Azyaşlılar yanaraq həlak oldular, yaralılar var - ADLAR

Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğında oğlan və qız olmaqla iki azyaşlı ölüb, üç nəfər yaralanıb.
Lim10.az APA-ya istinadən xəbər verir ki, 7 yaşlı Kənan Xətai oğlu Məmmədov və 4 yaşlı Zeynəb Xətai qızı Məmmədzadə yanaraq həlak olublar.
25 yaşlı Rəfiqə Mirzəyeva, 30 yaşlı Xətai Məmmədov və 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Bildirilib ki, uşaqların babaları İmaməddin Xanağa oğlu Məmmədov sol yuxarı ətrafın və bədənin müxtəlif nahiyələrinin çoxsaylı yanığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Astara rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.
Lim10.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbə ərazisində baş verib.
Belə ki, fərdi yaşayış evində baş verən yanğın zamanı iki azyaşlı ölüb.
Meyitlər daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.