Xalq təqvimi: Azərbaycanda boz ay başladı

Qış mövsümünün xalq arasında "qışın oğlan çağı" adlandırılan dövrü, xalq təqvimindəki Kiçik çillə geridə qaldı.
Lim10.az xəbər verir ki, bu gündən etibarən Novruz bayramınadək qalan 30 günlük müddət - Boz ay başlayır.
Boz ay xalq arasında həm də "Çilləbeçə", "Ağlar-gülər", "Cəmlələr" adları ilə tanınır. Aya bu cür ad verilməsi Boz ayda havanın buludlu, yağışlı, küləkli, bəzən günəşli, - bir sözlə, dəyişkən keçməsi ilə bağlıdır.
Məlumat üçün qeyd edək ki, bu il ölkəmizdə Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi fevral ayının 25-nə təsadüf edəcək. Martın 4-də Od, 11-də Yel, 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si, Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək.