Trampın sözlərinə görə Kanadanın himninin mətni dəyişdirildi

Hokkey üzrə "Dörd Millət" turnirinin başlamasından qabaq Kanadanın himnini ifa edən müğənni Şantal Krevyazuk ABŞ Prezidenti Donald Trampın sözləri səbəbindən himnin sözlərini dəyişib.

Lim10.az "Associated Press"ə istinadla xəbər verir ki, ifaçı "in all of us command" (hər birimizi yönləndirir") ifadəsini "that only us command" ("yalnız bizi yönləndirir") kimi oxuyub.

Onun sözlərinə görə, bu yolla D.Trampın Kanadanın 51-ci ştata çevrilməsi haqqında sözlərinə reaksiya verib.

"Əgər Kanada ABŞ-nin 51-ci ştatı olarsa, ona "Oh, Kanada" himnini saxlamağa icazə verəcəyəm".

Lim10.az "Associated Press" agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda respublikaçılarla görüşdə zarafatla deyib.

"Oh, Kanada" xoşuma gəlir. Bu, gözəldir. Fikrimcə, onu 51-ci ştat üçün saxlamalı olacağıq" , - deyə o bildirib.

Qeyd edək ki, Ağ Ev rəhbəri prezident seçildikdən sonra Kanadanı ABŞ-nin 51-ci ştatı etmək istədiyini dəfələrlə dilə gətirib.