Astarada 3 nəfərin xəsarət aldığı faciəli hadisəyə səbəb nə olub? - TƏFƏRRÜAT

Gecə saatlarında evdə baş verən yanğın faciə ilə nəticələnib. İki uşaq yanaraq .

Lim10.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Astaranın ucqar dağ kəndi Burzubənddə, 60 yaşlı İmaməddin Məmmədova məxsus ikimərtəbəli yaşayış evində baş verib. Yanğın zamanı ailənin iki azyaşlı övladı - 7 yaşlı Kənan Məmmədov və bacısı, 4 yaşlı Zeynəb Məmmədzadə yanaraq dünyalarını dəyişiblər.

Evin gəlini, 25 yaşlı Rəfiqə Mirzəyeva, həyat yoldaşı 30 yaşlı Xətai Məmmədov və ev sahibi İmaməddin Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Evin gəlini isə hamilə olduğu üçün Lənkəran Regional Perinatal Mərkəzə yerləşdirilib.

Ehtimal olunur ki, yanğının baş verməsinə səbəb odun sobası olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:

Astarada 3 nəfərin xəsarət aldığı faciəli hadisəyə səbəb nə olub? - TƏFƏRRÜAT