Bakı-Qazax yolunda yük avtomobilləri toqquşdu - XƏSARƏT ALAN VAR

Bakı-Qazax yolunda iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Lim10.az- xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lim10.az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

Bildirilib ki, hadisə fevralın 23-ü saat 20:30-da Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 98-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb.

"Hadisənin baş verməsinə səbəb 99-GT-693 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı avtomobilin MAN markalı 77-BS-242 dövlət nömrə nişanlı avtomobilin toqquşması olub. Hadisə nəticəsində 1990-cı il təvəllüdlü bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova