ABŞ-də miqrantların uşaqlarının axtarışı həyata keçirəcək

Donald Tramp administrasiyası tərəfindən ABŞ Miqrasiya və Gömrük Polisinin (ICE) əməkdaşlarına ölkə sərhədlərini valideynlərinin müşayiəti olmadan keçən miqrant uşaqlarını izləmək tapşırılıb.

Lim10.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Gömrük Polisinin yaydığı sənədə istinadən xəbər yayıb.

Agentliyin məlumatına görə, söhbət qeyri-qanuni yollarla Birləşmiş Ştatlar ərazisinə daxil olan yüzminlərlə miqrant uşaqdan gedir.

Qeyd olunur ki, əgər miqrantların uşaqları məhkəmənin çağırışına getməkdən yayınarlarsa, onlar dərhal Birləşmiş Ştatlardan deportasiya ediləcəklər.