Bakının əsas prospektində ÇÖKMƏ: Magistral içməli su xəttində baş verən qəza aradan qaldırılıb

Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza aradan qaldırılıb.
Bu barədə Lim10.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, mütəxəssislərin Coğrafi İnformasiya Sistemləri vasitəsilə ünvanı tez və dəqiq müəyyənləşdirməsi və rayon sukanal idarəsinin qəza briqadasının operativ fəaliyyəti nəticəsində təmir və bərpa işlərinə dünəndən başlanılıb və problem günün birinci yarısı həll olunub.
Qurum nəzərə çatdırıb ki, elanda suyun əvvəlki rejimlə günün iki yarısından sonra verilməsi qeyd edilmişdi. Lakin işlər tez yekunlaşdırıldığından hazırda Nərimanov rayonu üzrə abonentlərin su təchizatı bərpa edilib.
Heydər Əliyev prospektinin "Koroğlu" metro stansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.
Lim10.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin altından keçən su borusunda .
Qəza baş verəndən dərhal sonra əraziyə AAYDA-nın və aidiyyəti qurumun əməkdaşları cəlb olunublar. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.
Adiyyəti qurum tərəfindən qəzanın aradan qaldırlması üçün prospektdə gecə saatlarında qazıntı işlərinə başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Qəza aradan qaldırıldıqdan sonra AAYDA tərəfindən qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq.