Vatikan Roma Papasının son vəziyyətini açıqladı

İkitərəfli pnevmoniyadan əziyyət çəkən Roma Papası Fransiskin vəziyyəti kritik, lakin sabit qalır.
Lim10.az-ın məlumatına görə, bu barədə Müqəddəs Taxtın Mətbuat Xidmətinin bəyanatında deyilir.
"Roma Papasının vəziyyəti kritik, lakin sabit qalır. Kəskin tənəffüs tutmaları təkrar olunmayıb", - deyə bəyanatda qeyd olunur.
Xatırladaq ki, pontifikə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.