Polşalı mədənçinin müəmmalı qətli: Onu yadplanetlilər öldürüb?

Böyük Britaniyanın Todmorden şəhərində təxminən 50 əvvəl aşkar edilən polşalı mədənçi - Ziqmund Adamskinin cəsədinin üzərindəki qeyri-adi xəsarətlərin sirri hələ də mütəxəssislər tərəfindən araşdırılır, lakin çoxları onun ölümündə yerdən kənar sivilizasiyanın izi olduğuna inanırlar.
Lim10.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Qeyd olunur ki, 56 yaşlı mədənçinin 6 iyun 1980-ci ildə aşkar edilən cəsədi hündürlüyü təqribən üç metrə çatan kömür yığınının üzərində olub. Kişinin saçları səliqəsiz şəkildə kəsilib, üzündə dəhşətli ifadə donub qalıb. Saatı, pul kisəsi və köynəyi yoxa çıxıb, lakin kostyumu əynində olub.
Ən qəribəsi isə cəsədin mədənçinin evindən 50 kilometr aralıda aşkar edilməsidir. Onun çiyinlərində və boynunda qəribə, üzərinə məlhəmə bənzər maddə sürtülmüş yanıqlar aşkar edilib. Mütəxəssislər bu maddənin nə olduğunu müəyyən edə bilməyiblər.
Yarılma kişinin infarktdan öldüyünü göstərib. Lakin həm polis, həm də səlahiyyətlilər onun ölümünün səbəbinin müəmmalı olduğunu hesab edirlər. Onu şimşəyin vurması və ya sovetlərin Dövlət Təhlükəsizliyi Komitəsinin üzvlərinin hücumuna məruz qalması ilə bağlı versiyalar irəli sürülüb, lakin ən populyarı yadplanetlilərin müdaxiləsi ehtimalıdır.
Mədənçinin cəsədini tapan polis əməkdaşlarından biri hadisə yerinin yaxınlığında uçan naməlum obyekt gördüyünü bildirib, ancaq heç kim ona inanmayıb.
Qeyd olunur ki, polis tarixin ən müəmmalı ölümlərindən birinin üstünü hələ də aça bilmir.