Meksikada İsa Məsihin heykəli üzərində UNO göründü

Meksikada İsa Məsihin heykəli üzərində Uçan Naməlum Obyekt (UNO) müşahidə edilib.

Lim10.az-ın məlumatına görə, bu barədə "Daily Mail" yazır.

Dini abidə yaxınlığında ibadət üçün toplanan xristianlar qeyri-adi bir hadisəyə şahid olublar: 20 metrlik heykəlin üzərində UNO-ya bənzər sirli obyekt peyda oldu.

Hadisə Mexikonun şimal-qərbində yerləşən Silao şəhərində baş verib.

Bəzi şahidlərin fikrincə, obyekt qonşu Tepostlan şəhəri ilə əlaqəli ola bilər. Bu şəhər qədim piramidaları ilə məşhurdur.