Göygöldə hamilə qadın və bətnindəki körpəsi ölüblər

Göygöldə hamilə qadın və bətnindəki körpəsi doğuş zamanı xəstəxanada ölüblər.
Lim10.az-ın əldə etdiyi məlumata görə, rayonun Murovdağ qəsəbəsində məskunlaşmış, Kəlbəcər rayon sakini, 1990-cı il təvəllüdlü Nuranə Əlibaba qızı Cəbrayılova və körpəsi doğuş prosesi başladıqdan bir neçə dəqiqə sonra dünyasını dəyişiblər.
Yaxınlarının verdiyi məlumata görə, N.Cəbrayılova hamiləlik dövründə daim mərkəzi xəstəxanada müayinələrdən keçib və onun heç bir problemi olmayıb.
Göygöldə hamilə qadın və bətnindəki körpəsi ölüblər.
Lim10.az "Report"a istinadla xəbər verir ki, Kəlbəcər rayon sakini, N.Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Lakin onu və bətnində olan körpəsinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.