Pol Kelleri-Selbon: "Qvadelupdakı kommunikasiya vasitələri Fransanın əlindədir"

"Kommunikasiya vasitələri və bunun üçün istifadə edilən peyklər Fransanın əlindədir".

Lim10.az xəbər verir ki, bunu Qvadelupdakı "Nouvelles-Etincelles" qəzetinin redaktoru Pol Kelleri-Selbon Milli Məclisdə Fransa müstəmləkəsində olan xalqların nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, Fransa iqtisadi gücdür, onlarda isə yalnız şəkər qamışı və banan istehsalı mövcuddur:

"Buna görə də əhalimizin 34 faizi işsizlikdən əziyyət çəkir. Bizim əziyyətimizi beynəlxalq ictimaiyyətə çatdırmaq üçün sizə çox güvənirik".

Mərahim Nəsib