İran mediası: Urmiya gölünün quruması insan fəaliyyətinin nəticəsidir

İranın Qərbi Azərbaycan əyalətindəki Urmiya gölünün quruması insan fəaliyyətinin nəticəsidir.
Lim10.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə "Etemad" qəzetinin "Qurumuş Urmiya gölünə niyə yağış yağmır?" başlıqlı məqaləsində bildirilir.
Qəzetin yazdığına görə, iqlim dəyişikliyi gölün qurumasında mühüm rol oynayıb. Müəllif bildirib ki, qlobal istiləşmə su hövzəsində temperaturun artmasına səbəb olub.
"Urmiya gölünün su ehtiyacının 60-70 faizini yazda qarın əriməsi təmin edir. Daha az qar əriyərsə, gölə az şirin su toplanar", - deyə materilada qeyd olunub.
Məlumata görə, qlobal istiləşmə, insanların sudan düzgün istifadə edə bilməməsi vəziyyəti daha da çətinləşdirir. Əkinçilik və kənd təsərrüfatının başqa sahələrində gölə axan sudan yanlış istifadə Urmiya gölünün qurumasına yol açıb.