Qar Zabrat yolunu deşik-deşik etdi: Nəqliyyatın hərəkəti üçün TƏHLÜKƏ yarandı

Bakıda güclü qar yağdıqdan sonra Şəhər şosesinin (Zabrat yolu) bir çox hissəsi yararsız hala düşüb.
Lim10.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yer alıb.
Qeyd olunub ki, yolun bir çox hissəsində dərin çuxurlar meydana gəlib. Yaranan vəziyyət həm nəqliyyatın hərəkəti üçün təhlükə yaradır, həm də avtomobillərə ciddi ziyan vurur.
Məsələ ilə bağlı Lim10.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yoldakı problemin yaxın günlərdə aradan qaldırılacağını bildirib.
"Son günlər yağan güclü qardan sonra yolda belə bir problem yaranıb. Ümumilikdə, hərəkətin intensiv olduğu yollarda bu cür çuxurlar yarana bilir. Hazırkı vəziyyətlə bağlı qeyd edə bilərəm ki, hava şəraiti imkan verən kimi yollarda təmir işləri həyata keçiriləcək", - deyə A.Nəcəfli bildirib.
Əzizə İsmayılova