DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA

Səxavət Əlisoy
Kitabdan hissələr- 28
DÖVLƏTİN TÜRKİYƏ VƏ DİGƏR TÜRKDİLLİ DÖVLƏTLƏRLƏ MÜNASİBƏTİ
1. TÜRKİYƏ.
Dünya bilir ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə oldu. Bugünkü generasiyon üçün bəlkə də inandırıcı görünməyə bilər, ancaq tarixin o günlərinə şahidlik edənlər təsdiq edər ki, SSRİ dağıldıqdan sonra Azərbaycan vətəndaşlarının güvəndiyi tək ölkə Türkiyə idi. Vətən torpaqlarının Kremldəki erməni mafiyasının yardımı ilə işğal olduğu bir zamanda, beynəlxalq aləmin bu işğala lal, kar və kor qaldığı bir günlərdə Azərbaycanda düşünmə qabiliyyətində olanlar Türkiyəyə göz dikmişdi. Və Azərbaycanın səsinin dünyada duyulmadığı bir zamanda Türkiyənin bizimlə yanaşı dayanması “kimsəsiz olmadığımız” anlamına gəlirdi. Yeddidən yetmişyeddiyə hər kəs Türkiyənin böyük gücə sahib olduğunu və düşməni yalnız onların durdura biləcəyini düşünürdü. Reallıq o idi ki, Azərbaycanın meydanda yalnız qalmağına rəğmən gözlər Türkiyəyə dikilmişdi.
Təsəvvür edirsinizmi, sayı sayımızdan 3 dəfə əskik olan ermənilər Kremlin yardımı ilə hər gün bir yaşayış məntəqəmizi işğal eddirdi. Düşmənin arxasında dayanan təkcə Kremldəki erməni mafiyası deyildi, ABŞ və Fransadakı erməni lobbisi, dünyaya səpələnmmiş erməni millətçiləri var gücü ilə Ermənistana dəstək verirdi. Ermənilərin dünyanın müxtəlif ölkələrində yaşayan zəngin insanları qazanclarının bir qismini erməni silahlılarına yardım üçün ayırırdı. Fransada yaşayan şansönye Şarl Aznavuru yadınılza salın. 100 milyon ABŞ dollarından çox yardım etdi Ermənistan dövlətinə. Erməni lobbisi Ermənistana yardım üçün müxtəlif ölkələrdə dəstək fondları yaradıldı. Lobbinin təsiri altındakı qəzetlərin reklamı sayəsində bu fondlara külli miqdarda vəsait toplanaraq Yerevana göndərilirdi.
1993-cü ildə Pakistan dövləti ağır iqtisadi durumda olan Azərbaycana təmənnasız olaraq 1 milyon ABŞ dolları yardım edəndə cümlə Azərbaycan vətəndaşları qürur hissi yaşadı. Erməni millətçilərinin topladığı ianələrin o vaxt ermənilərin azğınlaşmasında, torpaqlarımızın işğalında nə qədər önəmli rol oyanadığını düşünün indi.
Açıq danışaq, o ağır günlərdə Azərbaycanın daxilində yaşayan vətəndaşlarımız və ölkədən kənarda məskunlaşan çox sayda soydaşımız silahlı qüvvələrə dəstək üçün yaradılmış müdafiə fondlarına yardımlar edirdi. Ancaq ermənilər, xüsusilə Ermənistandan kənarda yaşayan erməni ziyalıları bu işdə bizdən bir addım öndə dayanırdı. Onlar daha mütəşəkkil idi...
Bizim o ağır günlərdə umduğumuz başqa bir dövlət da vardı. İran adında. O dövlətdə 30 milyon qan qardaşımız yaşayırdı. O dövləti 100 illıərlə qan qardaşlarımız idarə etmişdi. Ancaq erməni işğalının davam etdiyi 30 il müddətində İranı idarə edənlər bir dəfə də olsun kişi kimi bəyan etmədilər ki, “biz, birmənalı olaraq dil və din qardaşlarımızın yanında dayanırıq”.
İslamın “Müsəlman müsəlmanın qardaşıdır” deyimi İranın molla rejimi tərəfindən “müsəlman gavurun qardaşıdır” kimi tərcümə olunduğundan “şiə qardaşımız” Ermənistanla qardaşlıq edirdi.
Türkiyə bizim ümid yerimiz olan tək ölkə idi və zaman onu da sübut etdi ki, ağrılarımızı, acılarımızı dünyada duyan tək ölkə Türkiyə oldu. Və böyük dövlət adamı Mustafa Kamal Atatürkün “Azərbaycanın acısı bizim acımızdır, sevinci bizim sevincimizdir” deyimini isbatlamaq üçün Türkiyəyə tam olaraq 28 il lazım gəldi.
Dəyərli oxucu, Türkiyə-Azərbaycan münasibətləri bu günkü səviyyəyə birdən-birə çatmadı. Həm, Türkiyə, həm də, Azərbaycan siyasətində baş verən anormallıqlar iki qardaş xalqın, iki qardaş dövlətin bir səfdə dayanmasına əngəl oldu.
Bir az o illərdə Türkiyə və Azərbaycanda cərəyan edən olaylara nəzər salaq.
Şərti olaraq Azərbaycanın Türkiyə ilə münasibətlərini iki mərhələyə bölməklə baş verənlərə daha obyektiv qiymət vermək mümkündür.
Birinci mərhələ 1992-2010-cu illəri, ikinci mərhələ 2010-cu ildən günümüzə qədər olan dövrü əhatə edir.
Qeyd etdik ki, SSRİ dağıldıqdan sonra Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan birinci ölkə idi. SSRİ-nin dağılması ilə Türkiyə xarici siyasətinndə Cənubi Qafqazda və Orta Asiyada suverenliyini elan etmiş dövlətlərə rəğmən yeni bir yol xəritəsi formalaşdırdı. Hələ Osmanlı imperatorluğu dövründə Qafqaz bölgəsi həmişə Türkiyənin maraqları daxilində idi. Bölgə strateji və geosiyasi əhəmiyyətinə görə hər zaman böyük dövlətlərin diqqətini cəlb edirdi. SSRİ –nin tərkibində olararkən Cənubi Qafqazın 3 dövləti müstəqil siyasət yürütmək iqtidarında olmadığı üçün Ankara onlarla iqtisadi əlaqələr qura bilmirdi. Ona görə də SSRİ dağılan kimi Türkiyə bu bölgəyə sirayət etmək üçün ciddi rəqabət olacağının fərqində idi və Ankara bu rəqabətdən kənarda qalmamaq üçün hərəkətə keçdi. Cənubi Qafqaz bölgəsi özünün zəngin enerji resursları, tarixi İpək Yolu üzərində yer alması, eyni zamanda enerji dəhlizi olması ilə bölgəyə uzaq imperialist güclərlə yanaşı Türkiyənin də diqqətini daha çox cəlb edirdi. Məlum səbəblər üzündən bölgənin 3 dövlətindən biri olan Ermənistanla ikitərəfli münasibətlərin yaranmasında ciddi problemlər olacağını Türkiyədə yaxşı bilirdilər. Odur ki, Ankara izafi yerə enerji itirmək əvəzinə öncə Gürcüstan və Azərbaycanla daha intensiv əlaqələr qurmağa qərar verdi.
273 kilometr sərhəddi olan Gürcüstanla qısa zaman kəsimində strateji səviyyəli münasibətlər quruldu. Və Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşına çevrildi. Gürcüstana ən çox birbaşa investisiya qoyan ölkələr arasında Türkiyə ilk sıralarda yer tutdu. İki respublika arasında 2011-ci ilin sonuna qüvvəyə minən protokola əsasən, hər iki ölkənin vətəndaşları bir-birilərinə yalnız şəxsiyyət vəsiqəsilə səyahət etməyə başladı. Türkiyə ilə Gürcüstan arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası (YDSK) yaradıldı. İmperialist güclər Cənubi Qafqaza giriş yolları aradığı zamanda Türkiyə artıq Gürcüstana ən çox investiya qoyan ölkə kimi təsbit olunmuşdu.
Türkiyə şirkətləri Gürcüstanda əhəmiyyətli iqtisadi fəallıq nümayiş etdirərək, bir neçə il müddətində 5 milyard dollarlıq 258 layihəni tamamlayıb. İki ölkə arasında imzalanan azad ticarət sazişi iqtisadi əməkdaşlığı daha da asanlaşdırılması Türkiyəni Gürcüstanın əsas ticarət tərəfdaşına çevirdi.
Bu gün Türkiyə investisiyaları Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrini, o cümlədən tikinti, nəqliyyat, telekommunikasiya, bankçılıq, enerji, qida sənayesi, turizm və kənd təsərrüfatını əhatə edir. Bu diversifikasiya edilmiş investisiya portfeli Gürcüstanın iqtisadi artımına və inkişafına mühüm töhfə verməkdədir.
Xüsusilə enerji sektoru Türkiyə və Gürcüstan arasında mühüm əməkdaşlıq sahəsinə çevrildi. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və təbii qazın nəqli üçün nəzərdə tutulan Cənubi Qafqaz Boru Kəməri (CQBK) təkcə iqtisadi əlaqələri gücləndirmədi, həm də Gürcüstanın regionun enerji sferasında strateji əhəmiyyətini artırdı.
Vizasız tranzit və şəxsiyyət vəsiqəsi ilə səyahət etmək imkanı Türkiyə və Gürcüstan xalqları arasında möhkəm bağlar yaradıb. Bu hərəkət rahatlığı turizmin artmasına səbəb olub və hər il ortalama Türkiyəyə təxminən 2 milyon gürcü turist gəlir. Bu cür qarşılıqlı əlaqələr iki ölkə arasında mədəni mübadiləni və qarşılıqlı anlaşmanı gücləndirir.
Türkiyə Gürcüstanın müdafiə potensialında mühüm rol oynayır. Lazer məsafəölçənlər və mühəndis avadanlıqları da daxil olmaqla, son vaxtlar hərbi dəstək Türkiyənin Gürcüstanın hərbi hazırlığını artırmaq əzmini nümayiş etdirir. Bundan əlavə, Türkiyə Gürcüstanın Avro-Atlantik ambisiyalarını gücləndirərək NATO-Gürcüstan Paketi təşəbbüslərinin həyata keçirilməsində əhəmiyyətli rol oynamaqdadır.
Bunlarla yanaşı siyasi baxımdan Türkiyə ardıcıl olaraq Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bu dəstək iki muxtar qurumu Rusiya tərəfindən işğal edilmiş Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir. Türkiyənin NATO üzvü statusu və strateji yerləşimi onu regional tarazlığın qorunmasında Gürcüstan üçün mühüm müttəfiqə çevirir.
Önəmli olan bir xüsus da ondan ibarətdir ki, Ankaranın təklif etdiyi Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması Türkiyənin vasitəçi və sabitləşdirici qüvvə rolunu vurğulamaqla regionda sülh və sabitliyi təşviq etmək məqsədi daşıyır. Bundan başqa, Türkiyənin Gürcüstanın Avro-Atlantik inteqrasiya məqsədlərinə verdiyi dəstək beynəlxalq səhnədə mühüm diplomatik dayaq yaradır...
HAŞİYƏ- Türkiyənin Gürcüstanda oturuşması ilbəil güclənməkdədir. Gürcüstan ərazisindən keçərək Türkiyəyə avtomobillə səyahət edənlər təsdiqlər, yolboyu göylərə ucalan Türk bayraqları münasibətlərin ən üst səviyyədə olduğunun əlamətidir. Gürcüstanın iqtisadi inkişafını gürcülər özləri də etiraf edir, Türkiyəsiz təsəvvür etmək çətindir. Rusiya ilə düşmən münasibətində olan Gürcüstan üçün Türkiyə xilaskar ölkə statusundadır. Yalnız Türkiyənin sayəsində gürcülər səfalətdən qurtulmağa nail oldu. Patoloji gürcü “mən”i bunu açıq-aşkar etiraf etməyə maneçilik törətsə də, Gürcüstanın praqmatik düşüncəyə sahib ziyalıları ölkənin və gürcü millətinin ayaqda qalmasında Türkiyənin əlahiddə rol oynadığını dilə gətirir.
Bir həqiqəti də yazmaq fikrindəyəm. Hələ Sovet İttifaqı dönəmində ən çox oğurluq hadisələrinin Qafqaz xalqları arasında gürcülərin arasında geniş yayıldığı vurğulanırdı. Onlar müstəqil olduqdan sonra da bu xəstəlikdən əl çəkmədi. Təbii ki, bu xəstəlik cümlə gürcü xalqına şamil olunmur. Təsəvvür edin, Almaniya Gürcüstanla arasında viza rejimini ləğv etdikdən bir neçə il sonra Bundestaq (Parlament) səviyyəsində ölkədə baş verən oğurluq hadisələrinin statistikasında gürcülərin birinci yerdə dayanmasını müzakirəyə çıxardı. Almaniyaya səfər edən gürcülərin kütləvi şəkildə oğurluq cinayətinə qurşanması Gürcüstan dövlətinin nüfuzuna və gürcü millətinin mentalitetinə böyük zərbə vurdu. Almaniyada bir qəzet gürcülərin oğurluğu barədə belə yazırdı:” Onlar ( gürcülər) Almaniya ərazisinə daxil olan kimi ilk gördükləri iş planladıqları oğurluğu gerçəkləşdirmək üçün hərəkətə keçirdi. Onlar (gürcülər) almanların əsla yuxusuna girməyən şeyləri belə oğurlayırdı. Onlar (gürcülər) üçün xüsusi bir oğurluq məkanı yox idi. Harada nəzarətsiz, yaxud az nəzarət olan məkanlarda əllərinə nə keçdisə- kolbasa, araq, telefon, uşaq yeməyi və sair onu oğurlayırdı. Alman polisi hər gün böyük şəhərlərdə onlarla gürcünü “iş başında” yaxalayırdı. Gündən-günə artmaqda olan bu cinayətin qarşısını almaq üçün Almaniya bundestaqında bəzi deputatlar Gürcüstanla viza rejiminin yenidən tətbiq olunması təklifini səsləndirirdi...”
Ankaranın xüsusi xidmət orqanları gürcülərin mentalitetinə oturmuş bu naqislikdən xəbərdar olduğu üçün ciddi tədbirlər həyata keçirdi. Nəticədə Türkiyə ərazisində gürcülər tərəfindən gerçəkləşən oğurluq hadisələrinin sayını minimuma endirmək mümkün oldu...
Gürcüstanla bağlı bir nüansı da xatırlatmaq yerinə düşər. Birləşmiş Millətlər Təşkilatının demoqrafiya ilə məşğul olan qurumları XXI əsrin 50-ci ilinə qədər gürcü əhalisinin sayının kəskin azalacağını proqnozlaşdırır. Bunun iqtisadi “cəbhədən” Gürcüstana həmlə etmiş Türkiyədə və Azərbaycanda müvafiq dövlət qurumları tərəfindən ciddi araşdırılmasına və məntiqi nəticələr çıxarılmasına ehtiyac var. Təxmin olunan nəticələr barədə yazmaq istəmirəm, sadəcə, onu yazmaqda israrlıyam ki, düzgün strategiya müəyyən olunduğu halda Gürcüstanda Türk dili ikinci dövlət dili kimi rəsmi status ala bilər...
Qeyd etdik ki, Türkiyə-Azərbaycan münasibətləri bu günkü səviyyəyə birdən-birə çatmadı. Və onu da yazdıq ki, şərti olaraq Azərbaycan-Türkiyə münasibətlərini iki mərhələyə ayırmaq olar.
Birinci mərhələ 1991-2011-ci illəri əhatə edir. Azərbaycan ikinci müstəqilliyini əldə edəndə Bakıda Ayaz Mütəllibov, Ankarada Turqut Özal dövlət başçısı idi. A. Mütəllibov Kremldən çəkindiyi üçün Türkiyə ilə münasibətlərin qurulması üçün xüsusi fəallıq nümayiş etdirmirdi. O, SSRİ-nin başqa bir formatda təşəkkül tapacağına inandığından NATO üzvü olan Türkiyəyə önəm vermirdi. Hətta, Turgut Özalın Azərbaycanla yaxınlaşma jestlərinə belə loyal münasibət bəsləyirdi. Diplomatik körpüləri möhkəmləndirmək üçün Türkiyə prezidenti tərəfindən Bakıya göndərilən nümayəndələrə münasibətdə bir soyuqluq sərgilənirdi. Ə. Elçibəyin prezident seçilməsindən sonra vəziyyət büsbütün dəyişdi. Ə. Elçibəyin "Türkiyə Azərbaycanın xarici siyasətinin baş tərəfində yer tutacaq" deyimindən sonra Türkiyə ilə münasibətlərdə bir canlanma yarandı. Burada qeyri-adi bir nəsnə axtarmağa lüzum yoxdur, nədən ki, dünya Ə. Elçibəyi bir türk millətçisi kimi tanımaqda idi. Türkiyə müttəfiqləri olan ABŞ və Qərbin SSRİ-yə qarşı başlatdıqğı “Soyuq Müharibə” illərində türk məsələsindən uzaq durmaq siyasəti yürütsə də, Sovet İttifaqının dağılması özü ilə real olmayan gözləntiləri və böyük ümidləri də gətirdi. İllərlə davam edən tənhalıq hissi birdən-birə sona çatdı. Türkiyənin Qafqaz- Orta Asiya regionunda yeni müstəqillik qazanmış dövlətlərin əksəriyyəti ilə ortaq mədəni, dil və dini bağları Ankaranın bölgədəki əhəmiyyətini aqat-qat artırdı. Bu əhəmiyyət həm Türkiyənin daxilində, həm də xaricində tez-tez vurğulanmağa başladı.
Ankarada o dönəm Adriatik Dənizindən Çin Səddinə qədər uzanan bir Türk dünyasından söhbət edilirdi.
Türkiyə ilə Azərbaycan arasında münasibətlərin tarixi əslində 33 il deyil, Azərbaycanın müstəqilliyini elan etdiyi 1918-ci ildən başlayır. 1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycanı ilk tanıyan ölkə Osmanlı İmperiyası olub, Qafqaz İslam Ordusu adlanan Osmanlı ordusu Bakını erməni və bolşevik quldur dəstələrindən azad edib.
1920-ci ildə bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirəndə Türkiyə ilə əlaqələr davam etdi. Azərbaycan Mustafa Kamal Atatürkün başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisi hökumətinə Qurtuluş Savaşı üçün yardım edib. Lakin sonrakı illərdə Moskva rəhbərliyi Azərbaycanın müstəqil fəaliyyət göstərməsinə mane oldu və Türkiyə ilə əlaqələr pozuldu. İki qardaş ölkə 70 ildən sonra, Sovetlər İttifaqının dağılması və Azərbaycanın ikinci dəfə müstəqilliyini elan etməsi ilə yenidən birləşdi.
Prezidentlər Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin dövründə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün müəyyən addımlar atıldı, müqavilələr imzalandı. Bakıda H. Heydər Əliyevin və Türkiyədə Sülüyman Dəmirəlin hakimiyyətə gəlməsi ilə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin Türkiyə və Azərbaycan üçün işlətdiyi “bir millət, iki dövlət” sözləri münasibətlərdə təməl prinsip oldu. 30 ildir dillər əzbəri olan “Bir millət, iki dövlət” — Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə etmək üçün istifadə edilən milli konsepsiya anlamına gəldi. Münasibətlərdə Heydər Əliyevlə Süleyman Dəmirəlin dostluğu da önəmli rol oynayırdı.
Turqut Özalın prezidentliyi dönəmində Türkiyə Azərbaycanın güclənməsi və beynəlxalq aləmdə layiq olduğu sanballı mövqe qazanması üçün hər cür dəstəyi verirdi.
Onun prezidentliyi dövründə Türkiyə 1991-ci il mayın 25-də Bakıda konsulluq açdı.
1992-ci il noyabrın 2-də isə Ankarada Azərbaycan Səfirliyi açıldı. Və Azərbaycan ilə Türkiyə arasında bir sıra müqavilələr imzalandı.
- Türkiyə-Azərbaycan Ticarət və İqtisadi Əməkdaşlıq Sazişi (2 noyabr 1992);
- Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və mehriban qonşuluq sazişi (24 yanvar 1992-ci il);
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təhsil, Mədəniyyət və Kommunikasiya Sazişi (6 mart 1993).
Məhz Turqut Özal dönəmində Türkiyə hökumətinin qərarı ilə bu ölkənin universitetlərində təhsil almağa göndərilən Azərbaycanlı tələbələrə dövlət təqaüdü verildi.
1993-cü ildə Qarabağ münaqişəsinin həllinə çalışan ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edərkən, Türkiyə də məsələyə töhfə vermək üçün İrəvana nümayəndə heyəti göndərmişdi. Lakin aprelin 3-də ermənilərin Kəlbəcər rayonunu işğal etməsi bu cəhdlərin sonu oldu.
Və Türkiyə 1993-cü ildən Azərbaycana qarşı təcavüzkar siyasətinə görə, Ermənistanla sərhədləri bağladı.
Turqut Özalın Bakıya ikinci səfəri 1993-cü il aprelin 14-də gerçəkləşdi. O zaman Özal 5 ölkəni əhatə edən 12 günlük (4-15 aprel) Türküstan səfərinə çıxmışdı. Türkiyə prezidenti Orta Asiya respublikalarına səfərdən geri dönərkən yolüstü Azərbaycanı da ziyarət etmək üçün Bakıya gəldimişd. İlginc olan o oldu ki, Bakıdan Ankaraya qayıtdıqdan 3 gün sonra Turqut Özal dünyasını dəyişdi. Bu böyük dövlət adamının özümünün səbəbləri barədə müxtəlif versiyalar var. Və o versiyaların başında Türkiyə prezidentinin zəhərlənməsi dayanır. Turqut Özalın Türk dünyasına yönəlik fəaliyyəti Rusiyada, İranda, Ermənistanda və Qərbdə ciddi narahatlıqla, qısqanclıqla qarşılanırdı. Böyük ehtimalla onun ölümündə də bu ölkələrdən birinin xüsusi xidmət orqanlarının əli var...
Süleyma Dəmirəl Türkiyənin ən usta siyasətçilsi olaraq hakimiyyətin başına keçəndə Azərbaycanda Heydər Əliyev dönəmi başlamışdı. Süleyman Dəmirəlin siyasi həyatının Azərbaycan səhifələri birmənalı olaraq, Heydər Əliyevlə dostluğu ilə bağlıdır. Bu dostluğa rəğmən Azərbaycanın Türkiyə ilə əlaqləri daha da dərinləşdi. İki dövlət arasında strateji əhəmiyyət kəsb edən müqavilər imzalandı. Dostluğun qardaşlığa çevrilməsinin təməli qoyuldu o dönəm. S. Dəmirəlin Azərbaycana yönəlik ən yaddaqlan hərəkəti isə 1995-ci ildə baş verdi. 1995-ci il mart ayının 12-də Kopenhagendə BMT-nin Dünya Sosial İnkişaf Zirvəsində iştirak edən Türkiyə Prezidenti Süleyman Dəmirələ Ankaradan Azərbaycanla bağlı “Tam məxfi” adlı şifrəli sənəd verilir. Sənəddə Azərbaycan Prezidenti Heydər Əliyevə sui-qəsd planları barədə məlumatlar əks olunubmuş. Heydər Əliyevə böyük təxribat planı haqqında məlumat verən Süleyman Dəmirəl təkidlə ona: “Bu situasiyaya görə dərhal Bakıya qayıtmalısınız. Dəyərli dostum, fürsəti əldən buraxmayın”, – deyə tövsiyə etdi.
Məhz Süleyman Dəmirəlin sayəsində təxribat planının qarşısı alındı.
Süleyman Dəmirəl Bakı ziyarətlərində parlament tribynasında da, ictimaiyyətlə görüşlərində də Türkiyənin birmənalı olaraq Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini və ona hər türlü yardım edəcəyini bəyan edirdi.
Təəssüf ki, o dönəmdə Türkiyənin durumu Azərbaycana qarşı açılmış savaşı durdurmağa yetmirdi. Türkiyə Kreml ilə çox ehtiyatlı davranmağın tərəfdarı idi və Ankarada hesab edirdilər ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu tərəfindən sülh yolu ilə nizama salınacaq.
S. Dəmirəl prezidentlikdən getdikdən sonra yerinə Türkiyə siyasətində o qədər də populyar olmayan Səməd Necdət Sezer keçdi. Türkiyənin 10-cu prezidenti Ana Yasa ( Konstitusiya) Məhkəməsinin sədri işləmişdi və onun siyasətdən uzaq sırf nominal bir prezidentlik vəzifəsi icra edəcəyi heç kimdə şübhə doğurmurdu. Heç bir siyasi partiya mənsubiyyəti olmayan 10-cu prezident beynəlxalq siyasətdə boy göstərə bilmədi. Hətta belə demək olar ki, o, heç özü də “boygöstərmə” istəyində olan xarakterə malik deyildi. Mütəvazi həyat tərzi ilə yadda qalan Əhməd Necdət Sezer Türkiyə hüdudlarında qanunların aliliyini təmin etmək istiqamətində addımlar atırdı. Onun hələ 1999-cu ilin aprel ayında Ana Yasa Məhkəməsinin təqaüdçü sədri olduğu zaman etdiyi bir çıxış Türkiyə mediasında uzun zaman manşetdə qalmışdı. O çıxışn bir hissəsi belə idi:
“Fikir azadlığı demokratiyanın təməli və ayrılmaz hissəsidir. Düşüncə cinayət sayılarsa, demokratiya ola bilməz. Fəaliyyətə çevrilməyən düşüncə ifadələri cəzalandırıla bilməz. Konstitusiyada və qanunlarda fikir azadlığını məhdudlaşdıran müddəalar imzalanmış beynəlxalq müqavilələr çərçivəsində dəyişdirilməlidir. Türkiyə insan haqları sahəsində ümumbəşəri normalara uyğunlaşmaq üçün qanunlarında lazımi dəyişikliklər etməlidir. İfadə azadlığı ilə bir araya sığmayan qanunlar dəyişdirilməlidir. Konstitusiya və qanunlar azadlığa mane olan ünsürlərdən təmizlənməli, azadlıq sahəsi genişləndirilməlidir. Demokratik dəyərlər fikir azadlığı sahəsinə daxil edilməlidir...
Prezidentliyi dönəmində Bakı ilə Ankara arasında bir sıra müqavilələtr imzalandı. Türkiyə prezidenti yüksək tribunalardan etdiyi çıxışlarında Azərbaycanın yanında dayandıqlarını bəyan etdi və ta ki, 2007-ci ilə qədər məqamı gəldikcə bu dediklərini təkrarladı. Bir məsələni də qeyd etmək fikrindəyəm, Turgut Özalın prezidentliyi dövründə Ermənistanla sərhəddə bağlanmış qapılar nə Süleyman Dəmirəl, nə də, Əhməd Necdet Sezer dövründə açılmadı. Üstəgəl bu 3 şəxsin prezidentliyi dövründə Ermənistanla heç bir əlaqə yaradılmadı...
Düzünə qalsa, Əhməd Necdət Sezer prezidentliyinin ikinci ilində dövlətdə yumşaq desək “söz sahibi” deyildi. O, bir prezident olaraq təqdim olunan sənədlərə imza atmaqla və ya veto qoymaqla işini bitmiş hesab edirdi. “Söz sahibi” 2002-ci ildə parlament seçkisindən sonra hakimiyyətə gəlmiş Adalet Və Kalkınma Partiyasının (AKP) sədri olan Rəcəb Tayyip Erdoğan idi. Yalnız 2007-ci ildə 10-cu prezidentin görəv müddəti başa çatdıqdan sonra AKP-nin təmsilçisi Abdulla Gül Türkiyənin prezidenti seçildi. Və beləliklə Türkiyə tam olaraq R. T. Ərdoğanın sədri olduğu partiyanın idarəçiliyinə keçdi. Serj Sarkisyan isə 2008-ci il fevralın 19-da Ermənistanın prezidenti seçildi.
2011-ci ilin iyulunda Ermənistan prezidenti Serj Sarkisyan erməni dili və ədəbiyyatı müsabiqəsində tələbələrdən birindən “Ararat dağı ilə birlikdə qərb torpaqlarımızı da geri ala biləcəyikmi?” sualını alıb. sualına cavabında “Qarabağı aldıq, Ağrını sizə buraxdıq” deyərək, erməni gənclərinin qarşısına Ağrını Ermənistan ərazisinə birləşdirməyi məqsəd qoyub.
Serj Sarkisyana qarşı hələ də “saxtakarlıq” iddialarının olduğu, seçkinin nəticələrinə qarşı Ermənistanda etirazların davam etdiyi, bir çox dövlət başçılarının onu təbrik etmək üçün Yerevandakı tozanağın çökməsini gözlədiyi günlərdə Abdullah Gül fürsətdən istifadə edərək yeni seçilmiş prezidentə ənənəvi təbrikdən kənar bir məktub göndərdi. O, məktubunda ikitərəfli münasibətlərin inkişafını arzuladığını bildirdi. Eyni zamanda, o vaxt baş nazir olan Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri də erməni həmkarlarına xoşməramlı məktub göndərdilər.
Serj Sarkisyan Ankaradan aldığı məktublara müsbət cavab verdi. Moskvaya səfər edən yeni erməni lider, iqtisadiyyat və müdafiə kimi bir çox sahədə asılı durumda olduğu Rusiyanın da razılığı ilə Türkiyə prezidenti Abdullah Gülü İrəvanda keçiriləcək Ermənistan və Türkiyə milli futbol komandalarının oyununa dəvət etdi.
Hər iki ölkədəki millətçi qrupların reaksiyalarına baxmayaraq, bir neçə aylıq qarşılıqlı müsbət bəyanatlardan sonra 2008-ci il sentyabrın 6-da Türkiyədən bir dövlət başçısı ilk dəfə İrəvana səfər etdi. Dönüş nöqtəsi olan bu bir günlük səfərdə Abdullah Gülün Serj Sarkisyanla matçdan sonra Prezident sarayında görüşü oldu və bu görüşü hər iki prezident mətbuata açıqlamalırnda "konstruktiv və müsbət" adlandırdı. Məhz bu səfərdən sonra 15 ildən artıq dondurulmuş vəziyyətində olan ikitərəfli münasibətlərdə isinmə yaranmağa başladı. Türkiyə hava məkanını tamamilə erməni təyyarələrinin üzünə açdığını bəyan etdi və hər iki ölkənin xarici ölkələrdəki səfirliklərində diplomatlar bir-birlərinin dəvətlərini qəbul etməyə başladılar. İki ölkənin xarici işlər nazirləri bir neçə ay ərzində düz 6 dəfə görüşdü.
Bu arada Türkiyə Azərbaycanla sıx ikitərəfli münasibətlərini korlamaq istəməyərək Azərbaycan, Ermənistan və Türkiyə arasında üçtərəfli görüş formatının yaradılmasına da cəhd etdi. 2008-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasları zamanı yüksək səviyyəli olmayan üçtərəfli görüş baş tutdu. 2009-cu ilin yanvarında Davosda keçirilən sammitdə İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Ermənistanın xarici işlər naziri görüşdükdən sonra birlikdə kameralar qarşısına çıxdılar. Bu Türkiyənin təklif etdiyi formatda Azərbaycanın iştirak etdiyi sonuncu görüş oldu. AKP iqtidarının U dönüşü etməsi Türkiyədə olduğu kimi Azərbaycanda da təəcüblə izlənilirdi. 15 il əvvəl Turqut Özal president olarkən Ermənistana açıq-aşkar bildirilmişdi ki, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər sərhəd qapıları bağlı qalacaq və onlarla heç bir əlaqə yaradılmayacaq. Əcaba, torpaqlar işğaldan qurtulmuşdu ki, rəsmi Ankara Ermənistana qarşı bu şəkildə mehribanlıq nümayiş etdirməyə start Verdi? Bu suala Türkiyədə də, Azərbaycanda da cavab gözləyirdilər.
Ankaranın Yerevanla münasibətləri isitdiyi günlərdə ABŞ, Türkiyə və Ermənistan qəzetlərində bu isti havanı əks etdirən “Sərhədlər sürətlə açılacaq”, “Qısa müddətdə diplomatik əlaqələrin qurulacaq” kimi manşetlər yer almağa başlamışdı:
Bu manşet iddialar o vaxta qədər ictimaiyyət qarşısında susmuş Bakıda ciddi reaksiyalara səbəb oldu. Azərbaycan prezidenti İlham Əliyev 2009-cu il aprelin 6-7-də Sivilizasiyalar Alyansının toplantısı üçün bir çox dünya liderlərinin bir araya gəldiyi İstanbula gəlməkdən imtina edib. İrəvan-Ankara yaxınlaşmasını “məmnuniyyətlə izləyən” ABŞ prezidenti Barak Obama Türkiyədəki görüşdə iştirak edəcəyi təqdirdə İlham Əliyevlə təkbətək görüşəcəyinə söz vermişdi. Lakin Barak Obamanın bu vədi belə İlham Əliyevin qərarını dəyişmədi. İki qardaş dövlət arasında münasibətlər gərginləşməyə doğru istiqamət götürmüşdü. 2009-cu il aprelin 9-da Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə-Ermənistan sərhədinin açılmasının qəbul edilməyəcəyi ilə bağlı bəyanat verdi. İrəvanda keçirilən Türkiyə-Ermənistan futbol matçına baxmaq üçün stadiona gedən Abdullah Gül Ankaraya döndükdən sonra xarici işlər naziri ilə Bakıya səfər etdi. Fəqət bu səfərdən bir nəticə hasil olmadı. Bakı Ankaranın Ermənistanla yaxınlaşmasını əsla qəbul edə bilmirdi. Vəziyyətin daha da mürəkkəbləşdiyini görən Ankara gərginliyi azaltmaq üçün yumşaldıcı addımlar atmaq zorunda qaldı.
Həm Baş nazir R. T. Ərdoğan, həm də prezident Abdullah Gül açıqlamalarında “Dağlıq Qarabağın erməni işğalı altında” olduğunu vurğulamağa başladı və ikitərəfli münasibətlərin normallaşması üçün Ermənistanı işğala son qoymağa çağırdı. Ankaranın bu eyhamları artdıqca Ermənistanda bu çağırışlardan narahat olduqlarını göstərən açıqlamalar dövriyyəyə girdi.
Belə bir durumda R. T. Ərdoğan xarici işlər nazirini İrəvana yolladı. Türkiyə xarici işlər naziri və erməni həmkarı danışıqlardan sonra mətbuat üçün açıqlamalarda “sərhədlərin açılması ilə bağlı irəliləyiş əldə etdiklərini, lakin yekun razılaşma əldə olunmadığını” bəyan etdilər.
Nəhayət, 2009-cu il aprelin 22-də Türkiyə, Ermənistan və İsveçrə Xarici İşlər Nazirlikləri birgə bəyanatla çıxış edərək, Ankara və İrəvanın “hərtərəfli çərçivə üzərində razılaşdıqlarını və normallaşma üçün yol xəritəsini müəyyən etdiklərini” elan etdilər.
Yol xəritəsinin təfərrüatları açıqlanmasa da belə Azərbaycan mətbuatında Türkiyəyə yönəlik tənqidin dozası daha da artdı. Azərbaycanda nəşr olunan qəzetlərdə “Türkiyə Qarabağı satır!” kimi başlıqlar dərc olunmağa başladı.
Türkiyə, Ermənistan və İsverə Xarici işlər nazirlərinin birgə bəyanatından bir ay keçməmiş Baş nazir R. T. Ərdoğan 2009-cu il mayın 14-də Bakıya səfər etdi və Azərbaycan parlamentindəki çıxışında bunları dedi:
"Son zamanlar saxta xəbərlərlə qardaşlıq ab-havasına kölgə salmağa cəhdlər edilir, çay fincanında fırtınalar yaradılır. Dağlıq Qarabağ Ermənistan tərəfindən tamamilə işğal ediləndə qapılar bağlanmışdı. Bu aradan qaldırılanda qapılar açılacaq, yoxsa azərbaycanlı qardaşlarımızla bu məsələdə razılığa gəlmədikcə, addım ata bilmərik".
Azərbaycan prezidenti İlham Əliyev də bu sözlərlə bağlı “artıq heç bir şübhə yeri olmadığını” deyib Türkiyə prezidentinə təşəkkür etdi.
Qəribə olan o idi ki, R. T. Ərdoğan Azərbaycan parlamentindəki çıxışından sonra da Ermənistanla danışıqları davam etdirirdi. Lakin hər iki tərəf üçün həssas məsələ olan Dağlıq Qarabağ məsələsi bu danışıqlarda heç vaxt gündəmə gəlmədi. Yalnız iki dövlət arasında əlaqələrin yaradılması müzakirə predmeti idi.
Nəhayət, 2009-cu il avqustun 31-də Türkiyə və Ermənistan arasında iki protokol üzrə razılıq əldə olundu. Bunlardan biri “Diplomatik münasibətlərin qurulmasına dair Protokol”, digəri isə “Əlaqələrin inkişafı haqqında Protokol” idi. Bu protokolların qüvvəyə minməsindən iki ay sonra sərhəd qapılarının açılmasına qərar verilməliydi. Eyni zamanda Protokolların hər iki ölkənin Baş nazirləri tərəfindən imzalanması və parlamentlərdə təsdiqlənməsi baş verməliydi
Türkiyədə müxalifət partiyaları Cumhuriyyət Halk Partiyası və Milliyətçi Hərakat Partiyası çox kəskin şəkildə protokollara qarşı çıxdılar və parlamentə gələndə onları təsdiq etməyəcəklərini açıqladılar. Və bu partiyalar imzalanacaq protokollara etiraz olaraq aksiyalar düzənlədi. Ermənistanda da imzalanması gözlənilən protokollar kilsə və parlamentdəki millətçi partiyaların kəskin reaksiyası ilə qarşılandı. Ermənistanın müxtəlif şəhərlərində erməni millətçiləri etiraz aksiyaları keçirdi. Ermənistan prezidenti Türkiyənin əsas ticarət tərəfdaşı olacağını bəyan edərək etirazşıları sakitləşdirməyə çalışdı. Daha sonra S. Sarkisyan Parisdən başlayaraq erməni diasporunuu razı salmaq üçün xaricə səfərlərə başladı. Ancaq “Daşnaksütün” partiyası bu səfərlər zamanı Ermənistan prezidentini “satqın” şüarları ilə qarşıladı.
S. Sarkisyan üçün ən böyük reaksiya isə Ermənistan Konstitusiya Məhkəməsindən (AYM) gəldi. Məhkəmə əgər ikitərəfli münasibətlər bərpa olunacaqsa, Türkiyədən “soyqırım qurbanlarına görə təzminat tələb edilməlidir” qərarını verdi. Bu bəyanat münasibətlərin qurulması üçün mühüm əhəmiyyət kəsb edirdi. Ermənistanda qanunlara rəğmən bütün beynəlxalq müqavilələr parlamentə getməzdən əvvəl Konstitusiya Məhkəməsinin təsdiqini tapmalıdır. Konstitusiya Məhkəməsinin razılıq vermədiyi hər hansı bir sazişin qüvvəhyə minməsi mümkün deyil.
Həm Türkiyədə, həm də Ermənistanda etirazların artmasına baxmayaraq, Ankara və İrəvan danışıqları davam etdirdi və nəhayət, 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində yuxarıda adları çəkilən protokollar imzalandı. Türkiyə və Ermənistan xarici işlər nazirləri tərəfindən imzalan protokollar ABŞ dövlət katibinin, Rusiya və Fransanın xarici işlər nazirlərinin iştirakı ilə baş verdi.
Süricdəki imza törənindən sonra hər iki tərəfdə etirazlar daha geniş vüsət aldı. Nəhayət, 2010-cu il yanvarın 10-da Ermənistan Konstitusiya Məhkəməsi dövlətin maraqları naminə müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə protokolların icrasının konstitusiyaya zidd olmadığı barədə qərar qəbul etdi. Bu şərtlərdən ən mühümü 1915-ci il hadisələrinin heç şübhəsiz “soyqırım kimi tanınması” idi.
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Konstitusiya Məhkəməsinin bu qərarına çox sərt münasibət bildirərək, bunun qəbul etməyəcəyini açıqladı. Türkiyə Böyük Millət Məclisində MHP və CHP-dən də iqtidara dəstəklə bağlı açıqlamalar gəldi.
2010-cu ilin aprel ayının 10-da son addım atıldı və Nüvə Təhlükəsizliyi Sammiti üçün Vaşinqtona gedən R. T. Ərdoğanla S. Sarkisyan yekun görüş keçirdi. Mətbuata sızdırılan açıqlamalara görə, Türkiyə prezidentinin “Dağlıq Qarabağın işğalına son qoymaq” şərti üzərində dayandığı, Ermənistan prezidenti isə “soyqırımı tanımaq və qurbanlara təzminat ödəməkdən” əl çəkmədiklərini bəyan edib.
Beləliklə, son cəhd də boşa çıxdı və Sürixdə imzalanan protokollar diplomatların təbirincə desək, “ölü doğuldu”.
Görüşdən bir neçə gün sonra S. Sarkisyan Ermənistan parlamentində çıxış edərkən dedi ki, “Türkiyə Dağlıq Qarabağ məsələsini ilkin şərt kimi təqdim edib, onlar bunu qəbul etməyəcəklər” və protokolların parlamentə gətirilməsini qeyri-müəyyən müddətə qədər təxirə salınır. Türkiyənin xarici işlər nazir isə 2010-cu ilin dekabr ayının 27-də Ermənistanla ikitərəfli münasibətlərin qurulması ilə bağlı açıqlama verərək, “Sürixdə imzalanan Protokolların artıq mənası yoxdur, onların ən mühüm hissələri Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib. Bunlar artıq keçmişdə qalıb” dedi.
Türkiyənin 3 ildən artıq bir zamanda Ermənistan ilə münasibətləri normallaşdırmaq üçün sərf etdiyi planlar iflasa uğradı. Nədən, R. T. Ərdoğan iqtidarı Azərbaycan torpaqları işğalda qaldığı bir zamanda Ermənistanla əlaqələr yaratmaq istəyirdi? Ankaranın məqsədi nə idi ki, Ermənistanla münasibətləri bərpa etmək üçün bu qədər enerji sərf etdi? Təbii ki, Türkiyənin səyləri Ermənistana olan “məhəbbətdən” irəli gəlmirdi. Ortada ermənilərin dağ boyda qondarma soyqırım iddiasının olduğu halda Türkiyənin bu “münasibət oyununa” vadar edən arqumentlər barədə Ankarada siyasətçilər çox müzakirə apardı. Onlar bir neçə arqument göstətriirdilər ki, onlardan ikisi məntiqlə həqiqətə yaxın idi. Birinci arqument ABŞ-ın Türkiyəyə basqısı hesab olunurdu. Türkiyə ilə hər zaman sözdə səmimi münasibət saxlayan Vaşinqton erməni lobbisinin təzyiqi ilə Ankaradan Ermənistanla sərhəd qapılarının açılmasını tələb edirdi. Təbii ki, ABŞ-dakı erməni lobbisi Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında dayanmasından məmnun deyildi. Onlar (erməni lobbisi) bu gedişlə həm Türkiyəni Azərbaycandan ayırmağı, həm də Bakı ilə Ankara arasındakı münasibətləri gərginləşdirməyi planlamışdı. Erməni lobbisi çox yaxşı bilirdi ki, Türkiyənin Azərbaycanla olan münasibətləri qardaşlıq səviyyəsindədir və onları ayırmaqla ən başlıcası Azərbaycanı zəif durumda saxlamaq istəyirdilər.
Digər bir arqument ABŞ və İsrailin Yaxın Şərq üçün planladığı layihəyə isnad edirdi. Bu layihədə həm ABŞ, həm də İsrail üçün bölgədə müsəlman bir dövləti güclü hala gətirmək nəzərdə tutulurdu. ABŞ-ın NATO-da olan müttəfiqi Türkiyəyə inamsızlığından yaranmışdı bu layihə. Onlara müsəlman dövlətinə deyil, xristian dövlətinə stavka etməyi düşünürdü. İmperialist güclər Ermənistanı gücləndirməklə onu bölgənin jandarmasına çevirməyi planlayırdı.
Ankarada iqtidara yaxın siyasətçilər və ekspertlər isə bu iki faktoru inkar edərək Ermənistanla münasibətlərin öncə Azərbaycan, sonra da Türkiyə üçün yararlı olacağını iddia edirdi. Onlar Türkiyənin Ermənistanla iqtisadi əlaqələrinin qurulmasının gələcəkdə Azərbaycanın işğaldakı ərazilərinin sülh yolu ilə geri qaytarılacağını, başqa sözlə bölgədə olan dövlətlərin Türkiyənin patronluğunda sülh və hüzur içində yaşayacağını təxmin edirdi.
Sadəcə, Türkiyəli qardaşlarımızın unutduğu bir nəsnə vardı. O nəsnənin adı ermənilərin türk düşmənçiliyidir. Ermənilərin qanlarına hopmuş türk düşmənçiliyindən təmizlənməsinin tək yolu bu cırtdan dövlətin türk dövlətlərinin vassalına çevrilməsindədir. Ermənistan gücləndikcə türk düşmənçiliyi daha bariz şəkildə özünü göstərəcək. Odur ki, buna imkan vermək, əcdadlarımız buraxdığı səhvlərin yenidən təkrarı olacaq və bu səhvlərdən də ən böyük zərbə alan gələcək nəsillər olacaq…
2-Cİ MƏRHƏLƏ 2011-Cİ İLDƏN GÜNÜMÜZƏ QƏDƏR
Prezident İlham Əliyev də Heydər Əliyevin siyasi xəttini davam etdirərək Türkiyə ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi siyasətinin prioritetini qoruyub saxladı.
, iki ölkə rəsmilərinin bir-birini dəstəkləməsi və birinin digərinə qarşı müxalifətdə olan qüvvələrlə əlaqə saxlamamaq siyasəti
İki ölkə qarşılıqlı investisiyalar hesabına bir-birini iqtisadi cəhətdən gücləndirib. Azərbaycan ən böyük xarici sərmayəsini Türkiyəyə 20 milyard dollardan çox sərmayə qoyub, Türkiyə isə Azərbaycana 13 milyard dollardan çox sərmayə dəstəyi verib.
Silahlı qüvvələr arasında əməkdaşlıq yaxşılaşıb
Türkiyə hər sahədə olduğu kimi hərbi sahədə də Azərbaycana dəstək oldu. 1992-ci ildən bu yana iki ölkə arasında hərbi məsələləri əhatə edən 100-ə yaxın saziş və protokol imzalanıb.
Müqavilələrə uyğun olaraq, Türkiyə Azərbaycana müdafiə sənayesinin inkişafı və hərbi ekspertlərin hazırlanmasında yardım edib. Bir çox azərbaycanlı Türkiyədə hərbi məktəblərdə təhsil alıb və Türkiyənin töhfələri ilə Azərbaycan hərbi məktəbi NATO standartlarında təhsil verən bir quruma çevrilib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasının proqramı Türkiyə Respublikasının Milli Müdafiə Universitetində tədris olunan proqramla uzlaşdırılıb.
İki ölkə 2013-cü ildə imzalanmış memoranduma uyğun olaraq hər il birgə atəş təlimləri keçirməyə başlayıb.
Hər il keçirilən “TurAz Qartalı” və “TurAz Şahini” təlimləri ilə iki ölkənin Hərbi Hava Qüvvələri arasında koordinasiya və əməkdaşlıq gücləndirilib.
Proses zamanı Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq inkişaf edib. Əsasən Rusiya istehsalı olan silah və hərbi maşınlara sahib olan Azərbaycan Türkiyənin müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi silah və sursatları da alaraq, döyüş gücünü artırıb.
İkinci Qarabağ müharibəsi başlayandan bitənə qədər Türkiyə Azərbaycanın yanında oldu. Təxminən 30 il davam edən işğal dövründə bütün platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən və Ermənistanı işğala son qoymağa çağıran Türkiyə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana gərəkən siyasi və mənəvi dəstəyi verdi. Müharibə günlərində Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün başlatdığı əməliyyata üçüncü güclərin müdaxiləsinin qarşısını aldı.
Azərbaycan ordusunun inventarındakı Türkiyə istehsalı olan PUA-lar müharibədə çox fəal rol oynayıb. Münasibətlər müttəfiqlik səviyyəsinə qaldırıldı
Türkiyə ilə Azərbaycan arasında əlaqələr daha da inkişaf etdirilərək 2021-ci ildə növbəti mərhələyə yüksəldi.
Prezident Ərdoğan 2021-ci il iyunun 15-də Qarabağın simvolik şəhəri Şuşaya səfər edib və orada Əliyevlə görüşüb. Prezidentlər Ərdoğan və Əliyev iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran “Şuşa Bəyannaməsi”ni imzaladılar.
Türkiyə ilə Azərbaycan arasında illərdir danışılan şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş məsələsi reallığa çevrildi. Hər iki ölkə vətəndaşlarına yeni tip çipli şəxsiyyət vəsiqələrindən istifadə etməklə digər ölkəyə 90 gün müddətində vizasız gediş-gəliş imkanı yaradan təcrübə 2021-ci il aprelin 1-dən qüvvəyə mindi