Ucuz spirt faciəsi: Öldürən etildir, yoxsa metil? - AÇIQLAMA

"Metil spirtinin digər adı taxta spirtdir. Bunun daxilə qəbulu, ümumiyyətlə, qadağandır. Ondan az miqdarda - 30 ml-dən 200 ml-ə qədər daxilə qəbul etdikdə ölümlə nəticələnə bilir. Etil spirti isə insanlar tərəfindən çox istifadə olunur və su ilə qarışdırdıqda 40 faizlik araq əldə edilir".
Bunu Lim10.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) baş toksiokoloqu Azər Maqsudov deyib.
O bildirib ki, etil spirtinə su qatmaqla spirtli içki kimi istifadəsi geniş yayılmış haldır:
"Bu, dozanı aşmadığın halda ölümcül vəziyyət yaratmır. Ümumilikdə isə spirtli içki ürək, beyin, qaraciyərin fəaliyyətini pozur və qəbulu məsləhətli deyil. Metil spirti isə toksik məhluldur".
A.Maqsudov əlavə edib ki, metil spirtini gigiyenik vasitə kimi istifadə etmək olar:
"Metil spirtini dəriyə tətbiq etdikdə həssas adamlarda allergik reaksiya yarada bilər, lakin daxilə qəbulu birmənalı şəkildə qadağandır, çünki toksik məhlul olduğu üçün ölümlə nəticələnir".
O bildirib ki, apteklərdə həm etil, həm də metil spirtinin satışı həyata keçirilir:
"Apteklərdə dezinfeksiya məqsədilə satılan texniki spirtin tərkibində də yarıbayarı metil spirti olur. Metil spirti tam dozada isə texniki məqsədlər üçün istifadə olunur. Məsələn, sürücülər bu məhlulu tam dozada antifriz kimi istifadə edirlər.
Apteklərdə satılan texniki spirt (tərkibində metil olan) etil spirtindən fərqli olaraq daha ucuz olur. Təəssüf ki, maddi imkanı olmayanlar da ucuz olduğuna görə, texniki spirti daxilə qəbul edirlər və nəticədə fəsadlar, ölüm halları yaşanır".
Xatırladaq ki, fevralın 22-23-də Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. , 15 nəfərin zəhərlənərək öldüyü yerdən aşkar edilən gigiyenik vasitələrin və etil spirtinin satış nöqtələrindən də nümunələr götürülməklə tərkibi yoxlanılarkən gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.
Qeyd edək ki, Sabunçu və Nizami rayonlarında daha iki nəfər.
Aləmdə Nəsib