Nyu-Yorkun hər dörd sakinindən biri yoxsuldur

Kolumbiya Universiteti və "Robin Hood" təşkilatının hesabatına görə, Nyu-Yorkun hər dörd sakinindən biri mənzil və yemək kimi əsas ehtiyaclar üçün vəsait çatışmazlığı ilə üzləşir, çoxları tibbi yardımdan məhrumdur.
Lim10.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələrinə istinadən "The New York Times" nəşri məlumat yayıb.
Tədqiqat göstərib ki, 2023-cü ildə yoxsulluq içində yaşayan Nyu-York sakinlərinin sayı ABŞ-dəki orta göstəricidən təxminən iki dəfə (iki il ərzində yeddi faiz) artıb.
Qeyd olunur ki, yoxsulluğun artması pandemiya zamanı mövcud olan genişləndirilmiş dövlət yardımının ləğv edilməsi ilə bağlıdır.
Hesabatda göstərilib ki, şəhər sakinlərinin 58 faizinin (4,8 milyon nəfər) gəlirləri yoxsulluq həddindən iki dəfə aşağıdır. Qaradərililər, ispandillilər və asiyalılar arasında yoxsulluq səviyyəsi ağdərililərdən iki dəfə yüksəkdir.
Mütəxəssislər bildirirlər ki, problemin əsas səbəbi yaşayış sahələrinin qiymətinin artması və mənzil çatışmazlığıdır. İş yerlərinin olmasına baxmayaraq, çoxlarının kirayə və yemək üçün pulu yetmir. Təklif olunan tədbirlər, o cümlədən hər uşağa görə 1000 dollara qədər vergi güzəştləri yoxsulluqla üzləşən ailələrin sayını 17 faiz azalda bilər.