Bakıda "Oba" marketdə PARTLAYIŞ - Xəsarət alanlar var

"Bu gün Binə qəsəbəsində baş verən yanğın zamanı "Oba" marketdə çalışan iki əməkdaş xəsarət alıb".

Lim10.az xəbər verir ki, bu barədə "Oba" marketlər şəbəkəsi məlumat yayıb.

"Bu gün səhər saat 06:45-də "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib. İlkin ehtimala görə, partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində "Oba"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.

Xəsarət alanlar 45 yaşlı Kəmalə Paşa qızı Əhmədova və 38 yaşlı Şəlalə Şakir qızı Əsgərovadır. Onlardan birinin vəziyyəti ağırdır.

Hazırda hadisənin təfərrüatı araşdırılır. Daha ətraflı məlumat veriləcək", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Bakının Xəzər rayonu, Binə qəsəbəsində obyektdə yanğın hadisəsi baş verib.

Lim10.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məsələ ilə bağlı Lim10.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti faktı təsdiqləyib.

"Bu gün saat 07:10-da FHN-in 112 qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova