On yaşlı Mübarizin dəstəyə ehtiyacı var: "Ağır xəstəlikdən əziyyət çəkir"

On yaşlı Mübarizin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Sayilə Əsgərova məlumat verib.
O bildirib ki, övladı kəskin leykoz xəstəliyindən əziyyət çəkir:
"Mübarizin dörd yaşı olanda qızdırması qalxdı, nə qədər həkimə getsək də, onun dərdinin çarəsini tapa bilmədik. Daha sonra bizi Bakıda Onkoloji Mərkəzə yolladılar. Burada övladıma kəskin leykoz diaqnozu qoyuldu. Həmin gündən də onun müalicələrinə, qan köçürülmələrinə başlamışıq. Artıq altı ildir ki, övladım bu ağır xəstəliyin pəncəsindədir".
Sayilə Əsgərova özündə olan onkoginekoloji xəstəliyə görə üç ay əvvəl ağır əməliyyat keçirdiyini deyib:
"Üç ay əvvəl mənim də bu ağır xəstəlikdən əziyyət çəkdiyimi öyrəndik. Təcili əməliyyat olundum. İnanın üç aydır nə işləyə, nə də maddi kömək tapa bilirəm. Mübariz yeddi aylıq olarkən atası vəfat edib, iki övladımla tək qalmışam. Mübarizin aylıq müalicəsi üçün bizim 600-700 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 539-33-95.
Kapital Bank: 4169 7414 0965 7697.