Qarlı hava ilə bağlı avtobusların qrafikində dəyişiklik edilib? - AÇIQLAMA

"Qarlı hava şəraitində ictimai nəqliyyatın fasiləsizliyi təmin edilib və əhalinin xidmətindədir. Bütün marşrutlar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirir, sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir".

Bu barədə Lim10.az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məlumat verib.

O bildirib ki, xətlərə lazımi sayda avtobus buraxılıb.

"Sürücülər əlverişsiz hava şəraitində hərəkət sürətinə nəzarət etmələri, ara məsafəsi saxlamaları və baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olması barədə təlimatlandırılıblar. Ölkənin bütün şəhər və rayonlarında həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşıma adi rejimdə davam etdirilir", - deyə T.Orucov qeyd edib.

Aləmdə Nəsib