Prezident Umaru Sisoku Embalo: "Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir"

"Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir, bizim amallarımız ümumidir".

Lim10.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo Prezident İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Bir sıra vacib məsələlər üzrə əminliyin olduğunu söyləyən Prezident Umaru Sisoku Embalo bildirib:

"BMT və İƏT çərçivəsində əməkdaşlıq edirik. Biz də, siz də həmin iki təşkilatın üzvüyük".