Tural Gəncəliyev: "İnformasiya məkanımıza kiber-hücumların arxasında böyük güclər dayanır"

"Ölkəmizin informasiya məkanına kiber-hücumlar olub".

Lim10.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, belə təhlükələrin təsirini neytrallaşdırmaq məqsədi ilə müttəfiq olduğumuz ölkələrlə bu kimi hücumlara qarşı əməkdaşlıq etməliyik:

"Dövlət qurumlarının saytlarına da edilən hücumlar onu göstərir ki, bunun arxasında böyük güclər dayanır. Hücumlar sistemli təşkil olunmuş cinayətdir".

Mərahim Nəsib