Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsinə dəfələrlə müraciət edən iştirakçılar var"

"Yüksəliş" müsabiqəsinə dəfələrlə müraciət edən iştirakçılar var".

Lim10.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev beşinci müsabiqə üçün keçirilmiş mətbuat konfransında deyib.

O bildirib ki, iştirakçılar prosesin şəffaflığına inanırlar:

"Onların müsabiqəyə dəfələrlə müraciəti də bunun göstəricisidir. Burada tələb olunan - bilik və bacarıqdır".

F.Hacıyev deyib ki, müsabiqəyə müraciətlərin sayında bu il də artım olacağı gözlənilir:

"Müsabiqə keçirilməyə başlayandan hər il qeydiyyatdan keçənlərin sayında artım olduğunu görürük. Düşünürük ki, bu il də həmin tendensiya davam edəcək. 15 mindən çox şəxsin qeydiyyatdan keçəcəyini gözləyirik".

Aləmdə Nəsib