Türkiyədə yanacaq tankeri partladı: Ölənlər və yaralananlar var

Türkiyənin Qaziantep şəhərinin Nizip rayonunda yanacaq tankeri partlayıb.
Lim10.az-ın xəbərinə görə, bu barədə Sondakika.com nəşri məlumat verib.
Məlumata görə, təmir işləri aparılan yanacaq tankerində naməlum səbəbdən partlayış baş verib. Nəticəsində 45 yaşlı kişi və 17 yaşlı gənc ölüb, üç nəfər isə yaralanıb.
Hadisə yerinə xilasetmə, tibb və polis qrupları cəlb olunublar.