Mart ayına olan hava proqnozu AÇIQLANDI

Mart qışla yaz arasında keçid ayı olduğundan havalar digər aylara nisbətən bu ayda bir qədər qeyri-sabit keçir. İsti havalar üstünlük təşkil etsə də şimal və antisiklonların ardıcıl əraziyə daxil olması bəzən temperaturun kəskin aşağı enməsinə, güclü yağış yağmasına səbəb olur.
Milli Hidrometeorologiya Xidmətindən Lim10.az-a verilən məlumata görə, bu ilin mart ayında havanın ortaaylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Mart ayının ilk günündə ölkə ərazisində hava şəraitinin yağıntılı və şaxtalı keçəcəyi gözlənilir. Sonrakı günlərdə hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın ortaaylıq temperaturunun altı-səkkiz dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr havanın temperaturu üç-səkkiz dərəcə isti, bəzi günlərdə sıfır-beş dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, ayın ilk günündə iki dərəcəyədək isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 20-27 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın ortaaylıq temperaturu beş-səkkiz dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu beş-on dərəcə şaxta, bəzi günlərdə bir-altı dərəcə isti, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 22-44 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın ortaaylıq temperaturunun iki-beş dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu beş-on dərəcə şaxta, bəzi günlərdə bir-altı dərəcə isti, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 36-52 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın ortaaylıq temperaturunun dörd-yeddi dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu beş-on dərəcə şaxta, bəzi günlərdə sıfır-beş dərəcə isti, gündüzlər beş-on dərəcə isti, bəzi günlərdə 13-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 39-52 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın ortaaylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə şaxta, bəzi günlərdə 2-7 dərəcə isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 16-21 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 19-48 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın ortaaylıq temperaturunun dörd-yeddi dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu üç-səkkiz dərəcə şaxta, bəzi günlərdə iki-yeddi dərəcə isti, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecələr 13-18 dərəcə şaxta, gündüzlər bir-altı dərəcə şaxta, bəzi günlərdə bir-altı dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 23-90 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın ortaaylıq temperaturunun yeddi-doqquz dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr havanın temperaturu sıfır-beş dərəcə şaxta, bəzi günlərdə beş-on dərəcə isti, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-45 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın ortaaylıq temperaturunun beş-səkkiz dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr havanın temperaturu sıfır-dörd dərəcə şaxta, bəzi günlərdə üç-səkkiz dərəcə isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti, dağlarda gecə beş-on dərəcə şaxta, bəzi günlərdə iki-yeddi dərəcə isti, gündüzlər yeddi-12 dərəcə isti, bəzi günlərdə 15-19 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 56-112 mm).