Ermənistan sərhədçiləri Türkiyə ilə sərhəddə Rusiya qoşunlarını əvəz ediblər

Ermənistanın sərhəd qoşunlarının hərbi qulluqçuları Türkiyə ilə sərhəddəki "Marqara" nəzarət-buraxılış məntəqəsində Rusiya sərhədçilərini əvəz ediblər.
Lim10.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan öz "Telegram" kanalında bildirib.
O, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına təşəkkür edib.
Qeyd edək ki, "Marqara" nəzarət-buraxılış məntəqəsi hazırda qapalıdır.