Avtomobili yaza necə hazırlamalıyıq? – EKSPERT MƏSLƏHƏTİ

Avtomobilin hərtərəfli yoxlanılması, şüşə yuyan mayesinin dəyişdirilməsi, həmçinin radiatorların və yay təkərlərinin vəziyyətinin yoxlanılması avtomobili yaza hazırlamağa kömək edəcək.
Lim10.az xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına Rusiya Milli Avtomobil İttifaqının vitse-prezidenti Yan Haytseer məlumat verib.
Onun sözlərinə görə, istilər gəlməzdən əvvəl ilk növbədə texniki xidmət stansiyasına gedib avtomobili tam texniki baxışdan keçirmək lazımdır.
"İstilər başlayanda antifriz mayesini həşəratlar əleyhinə maye ilə əvəz etmək olar", - mütəxəssis əlavə edib.