Moskva metrosunda məktəbli qatarın altına yıxıldı: Möcüzəvi şəkildə sağ qaldı - ANBAAN GÖRÜNTÜ

Rusiyanın paytaxtı Moskva şəhərində 11 yaşlı uşaq metroda yaxınlaşan qatarın altına yıxılıb.
Lim10.az-ın xəbərinə görə, bu barədə "Readovka" "Telegram" kanalında məlumat verilib.
Bildirilib ki, məktəbli platformanın kənarına yaxınlaşıb və bu zaman ayaqqabısının bağı açılıb. Əyilib bağlamaq istədiyi zaman müvazinətini itirərək yıxılıb və həmin an stansiyaya daxil olan qatarın altına düşüb.
Polis əməkdaşları dərhal uşağı xilas etməyə qaçıblar. Xoşbəxtlikdən, oğlanın bəxti gətirib və o, xəsarət almadan xilas olub. Lakin hər ehtimala qarşı, müayinə üçün həkimlərə təhvil verilib.