Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsində vəfat edən şəxslərin FOTOSU

Dünən axşam saatlarında Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lim10.az xəbər verir ki, VAZ, "Hyundai" və "Mercedes" markalı avtomobillərin iştirakı ilə baş vermiş qəzada altı nəfər - 1990-cı il təvəllüdlü Vüsal Məmməd oğlu Hüsiyev, 1991-ci il təvəllüdlü Sənan Aqil oğlu Əmrahov, 1992-ci il təvəllüdlü Azər Fəyyaz oğlu Aslanov, 1992-ci il təvəllüdlü Fəxri Rzayev, 2007-ci il təvəllüdlü Asiman Yaşar oğlu Ələsgərov və Elbəy Mövsüm oğlu Aslanov - həyatını itirib.
Qəza zamanı həlak olanlardan dördünün fotolarını təqdim edirik.
Fotoda: Sənan Əmrahov, Azər Aslanov, Asiman Ələsgərov, Elbəy Aslanov.