Zelenski ABŞ-ni tərk etdi: Londona uçur

Hazırda Ukrayna Prezidenti Volodimir Zelenskinin olduğu təyyarə ABŞ-dən Londona uçur. Ehtimal edilir ki, orada mühüm diplomatik görüşlər və ya danışıqlar keçiriləcək.

Lim10.az-ın News.novyny.live-a istinadən xəbərinə görə, bu barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak məlumat verib.

Güman ki, bu səfər beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsini, Ukraynaya gələcək dəstəyi və qlobal çağırışlar üzrə müttəfiqlər arasında koordinasiyanı əhatə edəcək.

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynaya dəstəklə bağlı müzakirə apardığı məlum olub.

Məlumdur ki, martın 2-də Londonda dünya liderlərinin iştirakı ilə sammitin keçirilməsi nəzərdə tutulur.