Azərbaycan Ordusunun hərbi qulluqçusu VƏFAT ETDİ

"Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1975-ci il təvəllüdlü Faiq Akif oğlu Rüstəmovun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".
Lim10.az xəbər verir ki, bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib:
"Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir".