NATO-nun baş katibi Zelenskiyə səsləndi: "Trampla münasibətləri bərpa et"

NATO-nun baş katibi Mark Rütte Ukrayna Prezidenti Volodimir Zelenskini Ağ Evin başçısı Donald Tramp ilə münasibətləri bərpa etməyə çağırıb və onların mübahisəsinin təəssüf doğurduğunu bildirib.
Lim10.az xəbər verir ki, o bunu BBC telekanalına müsahibəsində deyib.
"Mən Zelenskiyə dedim ki, o, Donald Tramp və administrasiyası ilə münasibətləri bərpa etməyin yolunu tapmalıdır" , - deyə M.Rütte əlavə edib.