Tramp Zelenski ilə görüşdən sonra Venslə fəxr etdiyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vensin Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə bildirdiyi fikirlərdən təsirlənib.
Lim10.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Rəsmilərin verdiyi məlumata görə, Tramp tabeliyində olanlara dəfələrlə qeyd edib ki, onun keçmiş vitse-prezidenti Mayk Pens bunu etməzdi və o, Venslə fəxr edir.
Qeyd olunur ki, digər respublikaçılar da Vensin davranışını müsbət qiymətləndiriblər.
Xatırladaq ki, fevralın 28-də Tramp və Vensin Zelenski ilə görüşü zamanı yaşanıb.