Bakıda avtomobil yandı

Bakı şəhəri, Əhmədli qəsəbəsində, həyətlərin birində avtomobil yanıb.

Lim10.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.