Qazaxıstanda FACİƏ: Bir ailənin yeddi üzvü öldü - SƏBƏB

Qazaxıstanın Manqıstau vilayətində bir ailənin beşi uşaq olmaqla yeddi üzvü qazdan zəhərlənərək ölüb.
Lim10.az TASS-a istinadla xəbər verir ki, ölənlərin hamısı Özbəkistan vətəndaşıdır.
Məlumata görə, hadisə fərdi yaşayış evində qeydə alınıb. İlkin ehtimala əsasən, insident qaz avadanlığından düzgün istifadə edilməməsi səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.