Londonda QƏRAR VERİLDİ: Ukraynaya hərbi yardım davam edəcək

"Londonda keçirilmiş Ukrayna üzrə Avropa Zirvə Toplantısının iştirakçıları Ukraynaya hərbi yardımı davam etdirəcəklərini və Rusiyaya iqtisadi təzyiqləri artıracaqlarını vəd ediblər".

Lim10.az TASS-a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer sammitdən sonra keçirilən mətbuat konfransında bildirib:

"Razılığa gəldik ki, istənilən davamlı sülh Ukraynanın suverenliyinə və təhlükəsizliyinə təminat verməlidir və Ukrayna danışıqlar masası arxasında olmalıdır. Sülh razılaşması olacağı təqdirdə, gələcəkdə istənilən hərbi müdaxilənin qarşısını almaq üçün Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə davam edəcəyik".

O həmçinin Britaniya və Fransanın Kiyev hakimiyyəti ilə birlikdə döyüş əməliyyatlarını dayandırmaq üçün plan üzərində işləməyə başlayacağını və daha sonra bunu ABŞ-yə təqdim edəcəyini bir daha vurğulayıb:

"Britaniya Ukrayna ilə yeni iqtisadi saziş imzalayıb, buna əsasən, Kiyev hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxil olmaqla, hərbi satınalmalar üçün 2 milyard dollar məbləğində kredit alacaq".

Bu gün Londonda Ukrayna üzrə Avropa Zirvə Toplantısı başlayıb.

Lim10.az TASS-a istinadla xəbər verir ki, sammit Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən təşkil olunub.

Sammitdə 18 ölkə və birliyin nümayəndələri iştirak edirlər.

Tədbirə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, həmçinin Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, NATO-nun baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski gəliblər. Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edir.

K.Starmerin sözlərinə görə, görüş iştirakçıları davamlı sülh əldə etmək üçün Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin edilməsi yollarını müzakirə edəcəklər.