Sumqayıtda TƏHLÜKƏ: Sakinlərə bıçaqla hücum EDİLİR - İDDİA

Sumqayıtda yataqxana sakinləri onları ciddi narahat edən qonşudan şikayət edirlər. İddiaya görə, tüfeyli həyat tərzi sürən kişi qonşuların üstünə bıçaq çəkir.

Lim10.az Xəzər TV-yə istinadən məlumat verir ki, şəhərin 15-ci məhəllə ərazisindəki 5 saylı yataqxananın sakinlərinin sözlərinə görə, binanın 4-cü mərtəbəsində yaşayan Məcid Zülfiqarov adlı şəxs onların həyatı üçün təhlükəyə çevrilib.

Uşaqlar, yaşlılar evdən çölə çıxmağa qorxurlar. İddialara görə, həmin şəxs ötən gün öz evinə od vuraraq yataqxananı yandırmaq istəyib.

İttiham olunan şəxs hazırda orada yaşamır. Onun qardaşı Səttar Zülfiqarov da sakinlərin dediklərini təsdiqləyir.

Mövcud vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, sözügedən şəxslə bağlı daxil olan şikayət əsasında araşdırma aparılır.

Ətraflı süjetdə:

Sumqayıtda TƏHLÜKƏ: Sakinlərə bıçaqla hücum EDİLİR - İDDİA