Azərbaycanda məktəbin direktor müavini VƏFAT ETDİ

Lerik rayonunda müəllim vəfat edib.
Lim10.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib.
Bildirilib ki, 35 yaşlı Azərbaycan dili və ədəbiyyat müəllimi Rusif Həsrətov dünyasını dəyişib.
O, Lerik rayon Murya kənd məktəbində direktor müavini vəzifəsində də çalışıb.
Mərhum bu gün Binə qəsəbəsində torpağa tapşırılıb.