Xırdalanda güclü YANĞIN

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Lim10.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb.

Hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir.

Abşeron rayonu, Xırdalan şəhərində güclü yanğın başlayıb.

Lim10.az xəbər verir ki, hadisə gecə saatlarında "AAAF Park Yaşayış Kompleksi"nin yaxınlığında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Şahidlər ərazidəki obyektin yandığını bildirirlər.

Hazırda yanğının söndürülməsi üzrə işlər gedir.

Həmin görüntüləri təqdim edirik: