Marko Rubio: "Avropalılar ABŞ-yə Ukraynadakı müharibəni uzatmağı təklif ediblər"

"Bir sıra Avropa ölkələrinin xarici işlər nazirləri ABŞ administrasiyasına Ukraynadakı böhranı ən azı bir il uzatmağı təklif ediblər".
Lim10.az xəbər verir ki, bunu "ABC News"a müsahibəsində ABŞ-nin dövlət katibi Marko Rubio deyib.
M.Rubio bildirib ki, müharibənin qurtarmasını bir il uzatmağı təklif edənlər Rusiyanın bundan sonra ola bilsin danışıqlar aparmağa hazır olacağını düşünürlər:
"Fikrimcə, bu, yaxşı plan deyil. Görüşdüyüm bütün xarici işlər nazirlərindən soruşmuşam: "Bütün bunların nə ilə qurtaracağını necə təsəvvür edirsiniz?" Çoxunun planı yoxdur".