Tramp mübahisədən sonra Zelenskinin naharını da yeyib

ABŞ Prezidenti Donald Tramp mübahisədən sonra Ukrayna lideri Volodimir Zelenski üçün ayrılan naharı da yeyib.

Lim10.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt "Fox News" telekanalında bildirib.

O qeyd edib ki, Zelenskinin sülh danışıqları aparmaq vəziyyətində olmadığını hiss edən Tramp birgə nahar yeməyini ləğv etmək qərarına gəlib.