ABŞ-nin kosmik gəmisi Aya eniş etdi

ABŞ-nin "Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi Aya eniş edib.
Lim10.az xəbər verir ki, bu barədə NASA "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunur ki, modul iki həftə ərzində aktiv şəkildə işləyəcək.
Aya eniş aparatı yanvarın 15-də "SpaceX"in "Falcon 9" raketi vasitəsi ilə buraxılıb. Onun göyərtəsində Ay haqqında bilikləri artırmağa və gələcək missiyalara hazırlaşmağa kömək edəcək NASA-nın tədqiqat avadanlığı və aləti yerləşdirilib.
We’re baaack! ????
— NASA (@NASA) March 2, 2025
Blue Ghost has landed, safely delivering 10 NASA scientific investigations and tech demos that will help us learn more about the lunar environment and support future astronauts on the Moon and Mars. pic.twitter.com/guugFdsXY3