Donald Trampdan müəmmalı paylaşım: "Sabah böyük gecə olacaq"

"Sabah böyük gecə olacaq. Bu, baş verən kimi deyəcəyəm".

Lim10.az xəbər verir ki, bu sözləri "Truth Social" sosial platformasında ABŞ Prezidenti Donald Tramp yazıb.

Daha əvvəl etdiyi paylaşımda isə Ağ Ev rəhbəri özünü "Ukrayna torpaqlarının bir qarışını belə Rusiyaya verməyən ABŞ prezidenti" adlandırıb.

"Zəif və qeyri-effektiv demokratlar tənqid edəndə, feyk xəbərlər həvəslə yayılanda, bu sözlərimi xatırlayın", - D.Tramp əlavə edib.