KİV: "ABŞ Rusiyaya qarşı sanksiyaların yumşaldılması üzrə plan hazırlayır"

ABŞ Rusiyaya qarşı sanksiyaların potensial yumşaldılması üzrə plan hazırlayır.
Lim10.az xəbər verir ki, bu barədə "Reuters" amerikalı məmura və daha bir mənbəyə istinadla məlumat paylaşıb.
Agentliyin həmsöhbətləri bildiriblər ki, Ağ Ev Dövlət Departamentinə və Maliyyə Nazirliyinə diplomatik və iqtisadi münasibətlərin normallaşdırılmasına dair danışıqlar çərçivəsində Rusiya nümayəndələri ilə bunu yaxın günlərdə müzakirə etmək üçün yumşaldıla biləcək sanksiyaların siyahısını təqdim etməyi tapşırıb.