Türkiyədə günlərdir yoxa çıxan gənc qadın sağ tapıldı: Anbaan görüntülər

Türkiyənin İstanbul şəhərində yoxa çıxan və günlərdir xəbər alınmayan 36 yaşlı Ece Gürel adlı qadın sağ tapılıb.

Bu barədə Lim10.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, memar olan Gürel martın 2-si Belqrad meşəsinə gedəcəyini deyərək evindən çıxıb və itkin düşüb. Onun tapılması ilə bağlı aparılan işlər dördüncü gündə nəticəsini verib. Qadın telefonundan son siqnalın alındığı yerdən altı kilometr aralıda yerləşən meşəlik ərazidə, dərə kənarında yatmış halda aşkarlanıb.

Gürel yuxudan oyandırılıb və huşunun yerində olduğu məlum olub.

Qadının əri Sezer Gürellə əlaqə yaradılıb və Ece telefonla əri ilə danışıb. Daha sonra yüngül yaralı olan qadın ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Türkiyədə günlərdir yoxa çıxan gənc qadın sağ tapıldı: Anbaan görüntülər

Türkiyədə günlərdir yoxa çıxan gənc qadın sağ tapıldı: Anbaan görüntülər