ABŞ Avropadakı NATO təlimlərində iştirakını dayandırır

ABŞ Avropada gələcək hərbi təlimlərin planlaşdırılmasında iştirakını dayandırmaq niyyəti barədə NATO müttəfiqlərini məlumatlandırıb.

Lim10.az xəbər verir ki, bu barədə "Expressen" mənbələrə istinadla məlumat paylaşıb.

Bunun 2025-ci il üçün nəzərdə tutulmuş NATO təlimlərinə aid olmadığı bildirilir.

Mənbələrdən birinin sözlərinə görə, söhbət reallaşdırılması daha gec müddətə nəzərdə tutulmuş NATO təlimlərindən gedir.