"Haber Global"da Tehranla Vaşinqton arasındakı nüvə gərginliyi müzakirə edilib

"Haber Global" televiziya kanalında ABŞ Prezidenti Donald Trampın İranın Ali Rəhbəri Seyid Əli Xameneiyə nüvə sazişi üzrə danışıqlar təklifi ilə bağlı unvanladığı məktub və rəsmi Tehranın Vaşinqtonun bu məktubuna cavabı müzakirə edilib.

Lim10.az xəbər verir ki, verilişdə iştirak edən ekspert Güngör Yavuzaslan İranın nüvə proqramı ətrafında cərəyan edən son hadisələri təhlil edib.

Siyasi ekspert vurğulayıb ki, Tehran açıq şəkildə nüvə sazişini Vaşinqtonla müzakirə etmək niyyətində olmadığını nümayiş etdirir.

"İranın ona qarşı tətbiq edilən sanksiyaların ləğvini təmin etmək məqsədilə nüvə proqramı ilə bağlı etimad yaratmaq üçün Rusiya və Çinlə məsləhətləşmələr aparması buna əyani misaldır", - deyə Güngör Yavuzaslan vurğulayıb.

"Haber Global"da Tehranla Vaşinqton arasındakı nüvə gərginliyi müzakirə edilib